Ərdoğan: “Əsas hədəf Türkiyədir”

  • By admin
  • 12 İyul 2017 20:55
murtaza-erdo-1
Qərbin əsas hədəfinin Suriya, İraq, Qətər deyil, Türkiyədir.
 Gununsesiinfo xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 Milli iradənin zəfəri” mövzusunda paneldə çıxışında deyib.
Onun sözlərinə görə,  Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun belə mövqedən çıxış etdiyini qeyd edən R. T. Ərdoğan deyib ki, məsələnin Türkiyə olduğunu anlamayıb, Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin.
 
Mürtəza
Gununsesi.info