Ərdoğan: Türkiyənin Suriyanın ərazisini ilhaq etmək kimi bir niyyəti yoxdur

  • By admin
  • 09 Mart 2020 09:21

Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və onun heç bir hissəsini ilhaq etmək niyyətində deyil.

Gununsesi.org “NTV”yə istinadən  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğan bəyan edib.

“Türkiyənin müharibədən parçalanan Suriyadakı məqsədləri heç vaxt ora hücum etməkdən ibarət olmayıb. Bizim yeganə məqsədimiz Türkiyəyə sığınan 3,6 milyon və sərhədlərimizin yaxınlığında İdlibdə yaşayan 1,5 milyon suriyalının təhlükəsiz qaydada evlərinə qayıtmasına şərait yaratmaqdır. Biz ən qısa zamanda Suriyanın ərazi bütövlüyünün və siyasi vahidliyinin bərqərar olunmasını görmək istəyirik”, – deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların yerləşdirilməsinə 40 milyard dollar xərclədiyi halda Avropa Birliyi rəsmi Ankaraya bu məqsəd üçün sadəcə üç milyard dollar ayırıb.

Gununsesi.org