
Türkiyəli siyasətçi, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan Prezidentlik seçkilərinin ikinci turu ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi ölkəsindəki demokratik dəyərlərə vurğu edərək bunları söyləyib:
“Türkiyə dünən göstərdiyi yetişmişliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətinə sahib ölkələrdən biri olduğunu göstərdi. Tariximizin ən çox iştiraklı seçkilərindən biri olan 14 may seçkiləri əziz millətimizin bəsirət və fərasəti ilə demokratiyamıza yaraşacaq şəkildə şölən havası içində gerçəkləşib. Nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi türk demokratiyası və 85 milyonluq fərdi ilə türk milləti oldu”.
AK P sədri çıxışında 28 mayda Cumhur İttifaqı oalraq Prezidentlik yarışında tarixi bir uğura imza atacaqlarını söyləyib.
Tərcümə: Arzu