Ərdoğan 4 CHP-çidən prokurorluğa şikayət etdi

  • By admin
  • 27 May 2020 14:56

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ağır söyüş və təhqirə görə 4 CHP üzvündən prokurorluğa şikayət edib.

Gununsesi.org “Sabah”a istinadən xəbər verir ki, bunu ölkə başçısının vəkili Mustafa Doğan İnal bildirib.

Məlumata görə, prokurorluğa verilən şəxslər CHP-nin İzmir şəhər təmsilçiliyinin sədr müavini Yasin Ergül, CHP Gənclər Təşkilatları İzmir şəhər katibi və Qarabağlar bələdiyyəsinin məclis üzvü Dila Koyurga, İzmirin Qaziemir bələdiyyəsinin CHP-çi sədri Halil Arda və CHP İzmir şəhər təşkilatı üzvü Caner Güldür.

Prezidentin vəkili bu məsələni belə şərh edib:

“Bu onu göstərir ki, möhtərəm prezidentimizi təhqir etmək partiyanın (CHP-nin – red.) örtülü siyasətidir”.

 

 

Gununsesi.org