Ərdoğan ABŞ-a mühafizəçilərsiz gedir

Ərdoğan ABŞ-a mühafizəçilərsiz gedir

erdogan-pribyl-v-sankt-peterburg-dlya-vstrechi-s-putinym_1

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Ərdoğanın bəzi mühafizəçiləri prezidenti qoruya bilməyəcək.

Belə ki, Vaşinqtonda münsiflər məhkəməsi may ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ paytaxtına səfəri zamanı baş verən qarşıdurma ilə əlaqədar olaraq Türkiyənin mühafizə orqanlarının 15 rəsmisi daxil olmaqla, 19 nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

Həmin səfər zamanı Ərdoğanın mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında insident yaşanıb.

Qeyd edək ki, Ərdoğanın mühafizəsi ABŞ tərəfindən təmin olunacaq.

Anar

Gununsesi.info

COMMENTS