Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Ak Saray”dakı Milli Mədəniyyət və Konqres Mərkəzində çıxışı zamanı yenə ABŞ-a qarşı ittihamlarla çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan ilk öncə “Enerji santralımızın olduğu yerə atdıqları bomba nəticəsində bir şəhidimiz var” – deyib.
Ərdoğan sonra “Zeytun budağı” ilə bağlı ABŞ rəsmilərindən “müddət məsələsi” ilə bağlı gələn tələbə də sərt təpki göstərib.
Ərdoğan, “Əfqanıstanda sizin müddətiniz bəlli oldumu? İraqda bitdimi bu müddət? Hələ də İraqdasınız. Savaş riyazi bir olay deyil ki?! Axı, bizdən necə belə bir şey soruşarsınız? “Afrin” həll olunacaq. Afrindən geri addım atmaq yox!” – deyə, sonra bildirib.
H. Nihat
Gununsesi.info