Ərdoğan ABŞ, Rusiya, ÇİN, Yaponiya və AB liderləri ilə görüşəcək

  • By admin
  • 31 Avqust 2016 15:59

erdogan

Ərdoğan yaxın bir neçə gündə ABŞ, Rusiya, ÇİN, Yaponiya və Avropa Birlyi ölkələrinin başçıları ilə görüşəcək.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə,  Rəcəb Tayyib Ərdoğanın sentyabrın 4-5-də Çində keçiriləcək G20 sammiti çərçivəsində  ABŞ, Rusiya, Çin, Yaponiya və Avropa Birliyi ölkələri başçıları ilə təkbətək görüşləri nəzərdə tutulub.

Bununla yanaşı, Almaniya, Fransa və İtaliya başçıları ilə  “dördlük” formatında görüşəcək.

Sammit çərçivəsində Ərdoğan BMT Baş katibi  iləd görüşü olacaq.

ABŞ prezidenti Barak Obama ilə keçirləcək görüşdə əsas müzakirə predmetlərindən biri də 15 iyul hadisələri və Fətullah Gülən  Türkiyəyə təhvil verilməsi məsələsi olacaq.

Gununsesi.info