Ərdoğan “Altılı masa”nı sərt tənqid etdi

Altı partiyalı koalisiyanın gücləndirilmiş parlament sistemi kimi başladığı yol at bazarlığından da betər vitse-prezidentlik uğrunda mübarizə ilə yekunlaşdı.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Altılı masa”nı tənqid edərkən deyib.

HTML tutorial

Ərdoğan bildirib ki, “Bay Kamal”ı (CHP rəhbəri Kamal Kılıçdaroğlu – red.) prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur:

“Terror təşkilatları ilə mübarizə onların gündəmində deyil. Onların gündəminə səlahiyyət və mövqe bölgüsü daxildir. Eyni zamanda, milli birliyimizi, həmrəyliyimizi pozmaq niyyəti var”.

 

Gununsesi.info