Ərdoğan Amerikada yəhudi liderlərlə görüşdü – Təbəssümlü görüntülər diqqətlərdən qaçmadı

  • By arzu
  • 21 Sentyabr 2023 18:56

BMT Baş Assambleyasının 78-ci Ümumi Toplantısına qatılmaq üçün Amerikanın Nyu-York şəhərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra görüşlər keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə lideri Amerikada yəhudi icmasının liderləri ilə bir araya gəlib.

15 yəhudi liderlə görüşən Ərdoğan antisemitizmi(yəhudi millətinə qarşı nifrət) qınayıb. Ərdoğan İsrailə səfər edəcəyi ilə bağlı planından danışıb.

Toplantıya ayrı-ayrı yəhudi təşkilatlarından olan ravvinlər, türk-yəhudi toplum liderləri və Amerikadan olan türk yəhudiləri də qatılıblar.

Ərdoğan toplantıda İsrail Prezidenti İsaak Herzoq və Baş nazir Binyamin Netanyahu ilə təmasda olduğunu dilə gətirib.

İsrailə səfər edəcəyi və Məscidi-Əqsada namaz qılacağı üçün həyəcanlı olduğunu bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info