Ərdoğan: Amerikadan dəqiq cavab gözləyirik

  • By admin
  • 26 Sentyabr 2023 14:32

Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan “F-16″larla bağlı Amerikadan dəqiq cavab gözlədiklərini söyləyib.

“Yalnız “F-16″lar deyil, bütün mövzularda Menendez və onun zehniyyətindəkilər bizə qarşı əngəlləyici işlər görür. Onun kənarda qalması bizə üstünlük qazandırır. “F-16″ mövzusu yalnız Menendezlə əlaqəli deyil. Amerikadan dəqiq cavab gözləyirik”.

Ərdoğan Amerika ilə danışılacaq mövzularla bağlı XİN başçısı Hakan Fidanı təlimatlandırdığını bildirib.

Türkiyə Prezidenti ölkəsində yaşanan inflasiya ilə bağlı isə vətəndaşların yaşayışı üçün yeni tədbirlər alacaqlarını bildirib.

Tərcümə: Arzu

Gununsesi.info