Ərdoğan artıq Rusiyadadır

  • By admin
  • 09 Avqust 2016 15:02

erdos-1
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 9-da Rusiyaya səfəri başlayıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburq şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki ölkə arasında münasibətlərin bərpası söhbət zamanı əsas müzakirə mövzusu olacaq. Bu səfərin Rusiya-Türkiyə münasibətlərinin inkişafına yeni impuls verəcəyi gözlənilir. Bu saatlarda rəsmi görüşün başlaması üçün hazırlıqlar görülür.

Gülnaz Qənbərli

Gununsesi.info