İnternetin və sosial medianın İslama qarşı düşmənçilik vasitəsi olduğunu, terror təşkilatları tərəfindən bu istiqamətdə istifadə edildiyini bilirik. İslam ölkələri olaraq vətəndaşlarımızı internetin zərərli tərəflərindən qorumalıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində deyib.
“Hazırkı vəziyyətdə islam ölkələri birlik içində olmalıdır. Körfəz bölgəsində yaşanan böhran hamımızı məyus edir. Arzu edirik ki, bu böhran tezliklə həllini tapsın. Təxribatların qarşısını almaq üçün ciddi mövqe ortaya qoymalıyıq. Myanmada müsəlman qardaşlarımızın çəkdiyi zülmlərə son verilməlidir. Bunun üçün də islam dünyası bir olmalıdır”, – Ərdoğan bildirib.
Gununsesi.info