Ərdoğan Azərbaycana gəlir

  • By admin
  • 27 Fevral 2017 15:16
erdogan1
Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən bildirilib.
Mənbənin sözlərinə görə, səfərin vaxtı  hələ bəlli deyil. “Səfər çox güman ki, Türkiyədə keçiriləcək referendumdan sonra reallaşacaq”- deyə, mənbə bildirib.
Mənbə deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğanın  Azərbaycan səfərində əsas məqsəd  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti altıncı iclasında iştirak etməkdir. “Bununla belə səfər zamanı  iki ölkə arasında əlaqələrin gələcək inkişafına xidmət edəcək  bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Türkiyə prezidentinin Azərbaycan səfəri çərçivəsində bir sıra  görüşlər də nəzərdə tutulur”.
Mənbənin sözlərinə görə, hazırda səfərin vaxtı və proqramı üzərində diplomatik kanallar vasitəsi ilə danışıqlar aparılır.
 Onu da qeyd edək ki, bu günlərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da  mətbuata açıqlamasında  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının Bakıda  keçiriləcəyini bildirib.
Mürtəza
Gununsesi.info