Ərdoğan Azərbaycanda helikopterin qəzaya düşməsindən danışdı

  • By admin
  • 01 Dekabr 2021 14:11

“Azərbaycanda təəssüflər olsun ki, bir helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, daha 2-si yaralanıb”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə telekanallarına verdiyi müsahibəsində deyib.

HTML tutorial

“İlham Əliyev qardaşıma da başsağlığı verdim. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”, – deyə Ərdoğan bildirib.

Gununsesi.info