Ərdoğan BƏƏ-yə səfərə hazırlaşır

  • By admin
  • 09 Fevral 2022 17:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-dən 15-dək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

HTML tutorial

“Prezidentimizin BƏƏ-yə səfəri fevralın 14-15-nə planlaşdırılıb. Səfərin tarixində hələlik heç bir dəyişiklik yoxdur”, – mənbə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident Ərdoğan və həyət yoldaşı koronavirusa yoluxub. Hazırda onların müalicəsi davam edir.

Bundan əlavə, onu da bildirək ki, Rusiya mətbuatı fevralın 14-də Prezident Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə xəbər yayılıb. Hələlik bu informasiya rəsmən təsdiqlənməyib.

 

Gununsesi.info