Ərdoğan: Bəzi qüvvələr Türkiyə-ABŞ münasibətlərinin mürəkkəbləşməsində maraqlıdır

  • By admin
  • 18 Sentyabr 2023 10:53

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda (ABŞ) Türk Amerika Milli Komitəsinin (TASC) təşkil etdiyi şam yeməyində danışıb.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, “Bu gün müsəlmanları hədəf alan hücumların sabah fərqli köklərə, dillərə, mədəniyyətlərə və inanclara malik qrupları hədəf alma ehtimalı yüksəkdir”. “İslamofobiyanın qarşısı alınmasa, cinayətkarlar daha da ehtiyatsızlaşacaqlar”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri bildirib ki, fikir azadlığı adı altında 2 milyard müsəlmanın ziyarətgahlarına təcavüzün qanuniləşdirilməsi ilə heç vaxt razılaşmayacaq.

Ərdoğan çıxışı zamanı Türkiyə-Amerika münasibətləri mövzusuna toxunub.

O, xüsusilə deyib: “Türkiyə-Amerika münasibətlərini çətinləşdirməkdə maraqlı olan bəzi qruplar var, biz onların qarşısına sədd çəkəcəyik”.

Dövlətimizin başçısı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin perspektivlərini yüksək qiymətləndirib:

“Dövlətlər arasında fikir ayrılıqları normal haldır, lakin bizim ABŞ-la daha çox ümumi mövqelərimiz var və ölkələr arasında münasibətləri inkişaf etdirmək üçün çoxlu imkanlar var. Qarşıdakı dövrdə biz ABŞ ilə ortaq maraqlar əsasında əməkdaşlığı inkişaf etdirəcəyik”.

Səid Əhmədli
Gununsesi.info