
Amerikada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətləri haqqında açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan ABŞ Prezidenti Co Bayden ilə dostluq və əməkdaşlığı gücləndirmək üçün razılaşma əldə etdiklərini söyləyib.
BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-York şəhərində səfərdə olan Ərdoğan Türk-Amerikan Milli İdarəetmə Komitəsi tərəfindən Rokfeller Plazada keçirilən şam yeməyində iştirak edib.
Orada çıxış edən Prezident Ərdoğan iki ölkə arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyini vurğulayıb.
“Cənab Bayden ilə qurulmasını qərarlaşdırdığımız strateji mexanizm ölkəlrimiz arasındakı dialoqun dərinləşdirilməsinə qatqı verəcək”, – deyə Ərdoğan söyləyib.
Ərdoğan iki ölkə arasındakı ticarət həcminin ötən ilk 32 milyard dolları aşdığını açıqlayıb.
“Qarşıdakı dönəmədə işbirliyimizi qarşılıqlı mənfəət təməlində irəlilədəcəyik. Birlik və bərabərlik içində hərəkət edəcəyimiz təqdirdə, hər sahədə daha çox müsbət nəticələr alacağımıza inanıram”, Ərdoğan bildirib.
Tərcümə: Arzu