Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb.
Gununsesi.info xəbər verir ki, Ərdoğanın Nyu Yorkda ikitərəfli keçirəcəyi görüşlərdə “Fərat qalxanı” əməliyyatı, miqrant böhranı, FETÖ lideri Fətullah Gülən kimi məsələlərin müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, Ərdoğan bu gün Yaponiyanın baş naziri, Sloveniya prezidenti və Yunanıstan baş naziri ilə görüşəcək.
Gununsesi.info