Ərdoğan Baydenlə nədən danışıb? - Ağ Evdən AÇIQLAMA

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bir daha bəyan edib ki, ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasındakı telefon danışığından danışıb.

Koordinator bildirib ki, iki lider Qəzzadakı son vəziyyəti və İsrail-Fələstin məsələsini, həmçinin İsveçin NATO-ya daxil olması prosesini müzakirə ediblər.

O, ABŞ-ın F-16 təyyarələrinin Türkiyəyə satışına münasibət bildirərək deyib: “Biz Türkiyə üçün F-16 modernləşdirmə proqramını dəstəkləməyə davam edirik”.

Gununsesi.info