
Bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Belarusa rəsmi səfərə gedib.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, prezidenti Rəcəb Tayyib Ərdoğanı Esenboğa Havalımanından Ankara valisi Ercan Topaca, Böyükşəhər Bələdiyyə sədri Melih Gökçek, Ankara Təhlükəsizlik İdarəsi müdiri Mahmud Karaaslan və digər səlahiyyətlilər yola salıb.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə baş nazirinin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük və ticarət naziri Bülent Tüfenkçi də Belarusiyaya gediblər.
Səfər zamanı Rəcəb Tayyib Ərdoğanın Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.
Görüşlərdə həmçinin iki ölkə arasında dostluq müstəvisinə söykənən əlaqələri inkişaf etdirmək, eləcə də öncədən razılaşdırılmış bəzi sənədlərin imzalanması nəzərdə tutulur.
Anar
Gununsesi.info