Ərdoğan bir az öncə “Beştepe”dəki “15 Temmuz Şehitler Abidesi”nin açılışını gerçəkləşdirdi - FOTO

  • By admin
  • 16 İyul 2017 07:25

resimid_3714651-1-390x216

“15 Temmuz Demokrasi ve Milli Birlik Günü” etkinlikləri çərçivəsində Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən  cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan buradakı proqramının ardından “Beştepe Millet Cami”si’nə gələrək sabah namazını qılıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bundan sonra Ərdoğan Beştepedəki Cümhurbaşqanlığı Sarayı önündə ucaldılan “15 Temmuz Şehitler Abidesi”nin açılışını gerçəkləşdirib.

Hazırda Ərdoğan abidə ərtafında gəzişir, ona abidə ilə bağlı məlumat verilir.

Eyni zamanda, vətəndaşlarla salamlaşır, söhbətləşir.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info