Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin martında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq kampaniyası çərçivəsində yanvarın 1-dən ölkənin iri şəhər və əyalətlərində mitinqlər proqramına başlayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.
“Kampaniya çərçivəsində prezident Ərdoğanın mitinqləri üçün proqramlar hazırlanıb. Yanvarın 1-dən etibarən prezident Ərdoğanın bölgələrə səfərlərində vətəndaşlarla görüşməsi planlaşdırılır. Ərdoğan seçkilərdən əvvəl 30-u böyük şəhərlər olmaqla, ümumilikdə 50 əyalətə səfər edəcək”, – telekanal xəbər verir.
Türkiyədə bələdiyyə seçkiləri 2024-cü il martın 31-nə təyin edilib. Seçki orqanı seçki təqvimini yanvar ayında açıqlayacaq.
Gununsesi.info