Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də səhər saatlarında Ankaranın mərkəzində törədilən terror aktını terrorçuların ölkəyə qarşı son çırpıntıları olaraq qiymətləndirib.
“Bu gün səhər saatlarında təhlükəsizlik qüvvələrimizin vaxtında müdaxiləsi nəticəsində iki cinayətkarın zərərsizləşdirildiyi terror aktı terrorçuların son çırpıntılarıdır”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya Ankaranın mərkəzində nazirlik binası yaxınlığında terror aktı törədildiyini açıqlayıb. O bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Polis əməkdaşları güllə yaraları alıblar.