
Bu gün İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 32-ci iclası keçirilib.
Gununsesi.info-nun “Türkiyə” qəzetinə istinadən verdiyi məlumata görə, tədbir başa çatdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistər üçün brifinq keçirib. Brifinqdə adı açıqlanmayan azərbaycanlı jurnalistin Rəcəb Tayyip Ərdoğan – “Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi Dağlıq Qarabağ münaqişənin həllini mümkünsüz edir” barədə ünvanladığı maraqlı sualı cavablandırıb.
“Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir. Ermənistan münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni bu günə kimi icra etməyib. Qəbul olunmuş qətnaməyə görə, müharibə dövründə Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilər tez bir zamanda azad olunmalıdı. İşğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır. Bu torpaqların əsl sahibləri, isə azərbaycanlılardır. Azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. İşğalla nəyəsə, nail olmunmaz. Təssüflər olsun ki, hələ də Azərbaycan torpaqları işğal altındadır. Türkiyə olaraq biz bu işğala qarşıyıq. Tezliklə ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” – deyə, Rəcəb Tayyip Ərdoğan bildirib.
Anar
Gununsesi.info