Ərdoğan Çavuşoğlunu Yeni Zelandiyaya göndərir

  • By admin
  • 16 Mart 2019 13:18

Türkiyə Prezidetinin göstərişi ilə xarici işlər naziri Mövlud Çavuşoğlu Yeni Zelandiyaya gedir.

Gununsesi.org türk mediasına istinadən  xəbər verir ki, buna səbəb Yeni Zelandiyada törədilən terror aktıdır.

Qeyd edək ki, dünən Yeni Zelandiyada məsciddə törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 47 nəfər yaralanıb.

Terrorçu hadisədən əvvəl yaydığı açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkeli ölümlə hədələmişdi.