Ərdoğan dəfnetmə üçün ABŞ-a gedəcək

  • By admin
  • 08 İyun 2016 15:57

Erdogannn

 

HTML tutorial

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sabah Amerikaya səfərə gedəcək. Gununsesi.info Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, prezident Ərdoğan iyunun 9-da əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-ın Kentukki ştatının Luisville şəhərinə gedəcək. Ərdoğan mayın 10-da Cümə günü əfsanəvi boksçu Məhəmməd Əlinin cənazə namazında və son mənzilə yola salınması mərasimində iştirak edəcək. Ərdoğan səfər çərçivəsində Luisville şəhərində Ahıska türklərinin diaspor təşkilatının təşkil edəcəyi iftar süfrəsində iştirak edəcək. Qeyd edək ki, Türkiyə prezidenti iyunun 3-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əli ilə bağlı rəsmi “Twitter” hesabından mesajlar paylaşıb. “Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi. Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı apardığı azadlıq mübarizəsi heç zaman unudulmayacaq. “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm”, – Ərdoğan yazıb. Dəfn mərasimində ABŞ-ın hazırki prezidenti Barak Obama deyil, sabiq prezidenti Bill Klinton da iştirak edəcək. Barak Obama həmən gün həyat yoldaşı Mişel Obama ilə birlikdə Vaşınqtonda qızları Malianın məzun günündə iştirak edəcək. Obama dəfn mərasiminə öz əvəzinə Ağ ev yetkilisi Valeria Janetti göndərəcək. Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir.

Gununsesi.info