Ərdoğan Fələstin lideri ilə telefonla danışıb

  • By ilhame
  • 09 Oktyabr 2023 20:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, onlar İsrail və Fələstində baş verən hadisələr, o cümlədən bölgədəki gərginliyi müzakirə ediblər.

Ərdoğan Türkiyənin bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sabitliyin təmin edilməsi üçün səy göstərdiyini diqqətə çatdırıb.

Gununsesi.info