Türkiyə Cümhurbaşqanlığının sözçüsü İbrahim Kalının qızı bu gün “dünya evi”nə girib.
Gununsesi.info-nun xəbərinə görə, toy mərasimində iştirak edənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan da olub.
Onlar “dünya evi”nə girən Rumeysa Kalınla Furkan Karabulutun nikah şahidi olublar.
Toya qatılanlar arasında həmçinin sabiq prezident Abdullah Gül, o cümlədən, sabiq baş nazir Əhməd Davudoğlu ilə həyat yoldaşı da olub.
Hər kəsə 3 cocuq arzulayan Ərdoğan bu dəfə “dünya evi”nə girən cütlüyə 5 uşaq dünyaya gətirmələrini tövsiyə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info