Ərdoğan İlham Əliyevə zəng etdi

  • By admin
  • 03 Sentyabr 2017 14:40

ilham_erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban Bayramı münasibəti ilə 16 İslam ölkəsi liderinə zəng edib.

Axar.az türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahı da Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.

Ərdoğan əvvəlcə Azərbaycan prezidenti və xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

Bundan sonra tərəflər həmçinin Myanmar böhranı haqda müzakirələr aparıb və buna son qoyulması üçün islam ölkələri əməkdaşlığının zəruri olduğunu bildiriblər.

Gununsesi.info