
Amerikanın Nyu-York şəhərində BMT Baş Assambleyasının 78-ci Ümumi Toplantısı üçün səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra görüşlər keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “X” , “Space X” və “Tesla” şirkətlərinin sahibi və texnologiya üzrə dollar milyarderi İlon Mask İlon Maskla görüşən Ərdoğanın dialoqu maraqlı anlarla yadda qalıb.
Milyarder Maskdan “Həyat yoldaşın haradadır”, – deyə soruşan Ərdoğan tanınmış iş adamından bu cavabı alıb.
“San-Fransiskoda yaşayır. İndi biz ayrı yaaşyırıq. Uşağa, çox vaxt mən qulluq edirəm”.
Qeyd edək ki, Ərdoğan İlon Maskdan Türkiyədə bir “Tesla” fabrikini qurmasını və tanınmış “Teknofest” yarışında iştirak etməyi xahiş edib.
Eləcə də “Starlink” peyk internet xidmətinin və suni zəkanın Türkiyədə koordinasiyası ilə maraqlanıb. Türkiyə mətbuatı Maskın “Teknofestə” qatılacağını və “Starlink” peyk xidməti ilə bağlı isə nazirliklə danışıqların başladığını vurğulayıb.
Xatırladaq ki, görüş zamanı Ərdoğan Elon Maska ölkəsinin komos proqramı haqqında bilgilər vermişdi.
Yeri gəlmişkən, İlon Maskla görüşən liderlər arasında Fransa Prezidenti Emanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu da olub.
Tərcümə: Arzu