
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın tanınmış işadamı, texnoloq və milyarder İlon Maskla görüş keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkdakı Türk Evində keçirilən görüş zamanı Prezident Ərdoğan İlon Maska çağırış edib.
“Tesla” və “Space X” kimi şirkətlərin qurucusu İlon Maskla görüşündə Ərdoğan Maskı Türkiyədə fabriklər açmağa dəvət edib.
Ərdoğan Maska Türkiyənin texnologiya sahəsindəkı addımlarından və Rəqəmsal Türkiyə Vizyonundan, Milli Suni Zəka Strategiyasından bəhs edib.
Ərdoğan görüş zamanı İlon Maskın oğluna top hədiyyə edib.
“Daha Adil bir Dünya Mümkün” kitabını bağışlayıb.
Türkiyə Prezidenti milyarder Maskı ölkəsi tərəfindən keçirilən Teknofest Proqramında iştirak etməyə səsləyib.
Türkiyənin kosmos proqramı çərçivəsindən atılan və atılacaq addımlarda “Space X” ilə əməkdaşlığın imkanlarından yarana biləcək fürsətlərin ola bilməsindən bəhs edib.
Tərcümə: Arzu