Ərdoğan İndoneziyaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün “TRK” adlı şəxsi təyyarə iləİndoneziyanın Bali adasına yola düşüb.

Gununsesi.info xəbər verir ki, onu Atatürk Hava Limanından vitse-prezident Fuat Oktay, AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe və əlaqədar şəxslər yola salıblar.

HTML tutorial

Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Xəzinə və Maliyyə naziri Nurəddin Nebati, Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi, Prezidentin Kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın, Sənaye naziri İsmail Dəmir və AK Partiya sözçüsü Ömər Çelik də Baliyə gedib.

Noyabrın 15-16-da Ərdoğanın qatılacağı sammitin əsas mövzusu “Birgə sağalma-Daha güclü bərpa” olacaq.

Bu çərçivədə G20 liderləri “Ərzaq və Enerji Təhlükəsizliyi”, “Sağlamlıq” və “Rəqəmsal Transformasiya” adlı üç sessiyada fikir mübadiləsi aparacaqlar .

Prezident Ərdoğanın sammit çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşləri gözlənilir.

Ərdoğan zirvədən əvvəl 14 noyabr bazar ertəsi günü ev sahibi İndoneziya prezidenti Coko Vidodo ilə də geniş ikitərəfli görüş keçirəcək.

Gununsesi.info