Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.
Gununsesi.info xarici mətbuata istindən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfəri bir neçə həftədən sonra reallaşacaq. Hələlik səfərin tarixi və proqramı açıqlanmır.
Mətbuatın yazdığına görə, Türkiyə prezidenti Rusiyadan sonra İrana səfər etməklə bu ölkə ilə də münasibətlərində yaranmış problemi aradan qaldırmağa çalışır. Ərdoğanın Tehrana səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticari, enerji, regional təhlükəsizlik və əmədkaşlıq, Yaxın Şərq, Suriyadakı böhran və digər məsələlər müzakirə olunacaq.
Səfər zamanı iki ölkə arasında bir sıra vacib sənədlərin də imzalanması gözlənilir.
Mürtəza
Gununsesi.info