Ərdoğan İsrail prezidentinə telefon açdı - MÜSƏLMANLARA QARŞI TƏXRİBATLARI DAYANDIRIN

Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti İsxaq Hersoq arasında telefon danışığı olub.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Hersoqa zəng edərək Əl-Əqsa məscidində müsəlmanlara qarşı təxribatların qarşısının alınmasını istəyib.

Bundan sonra İsrail hakimiyyəti yəhudilərə Ramazan ayının sonuna qədər Əl-Əqsaya girişi qadağan edib.

 

Şəbnəm

Gununsesi.info