Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.
Bu barədə Gununsesi.info “Haber Global”a istinadən xəbər verir.
Ərdoğan danışıqlar zamanı İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu bildirib.
Danışıqlar zamanı həmçinin bir çox məsələlər, xüsusən İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı müzakirələr aparılıb.
Gununsesi.info