
Ərdoğan İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün yeni şərt irəli sürür
Avropa İttifaqı Türkiyənin Avropa İttifaqının tamhüquqlu üzvü olması üçün səy göstərsə, Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda bildirilir ki, İsveçin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətinin ratifikasiyası üçün yeni şərt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.
Ərdoğan əlavə edib ki, NATO-nun iyulun 11-dən 12-dək Vilnüsdə keçiriləcək sammitində Ankaranın yeni vəziyyəti barədə də danışacaq.
Eyni zamanda o bildirib ki, İsveçin üzvlüklə bağlı yekun qərar Türkiyə parlamentində keçiriləcək səsvermədən asılı olacaq.
Tərcümə
Şəbnəm
Gununsesi.info