Prezident müxalifət liderinə silahlı hücumla bağlı maraqlandı.
Gununsesi.info “Cumhuriyet”-ə istinadən zəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Artvin valise Muhteren İnciya zəng vuraraq CHP lideri Kamal Kılıcdaroğlunun maşın karvanının silahlı basqına məruz qalması ilə bağlı məlumat alıb. O eyni zamanda yaranmış vəziyyətlə bağlı tapşırqlarını da verib.
CHP-li Bekaroğlu deyib ki, atışma zamanı bir neçə jandarma əməkdaşları da yaralanıb.
K.Kılıcdaroğlu özü də vəziyyətlə bağlı ilkin açqlama verib. O deyib ki, hazırda təhlükəsiz ərazidəyik və təhlükəsizlik qüvvələri əməliyyatı davam etdirir.
Ərdoğan eyni zamanda K.Kılıcdaroğluna zəng vuraraq keçmiş olsun deyib.
Bundan əlavə Baş nazir Binəli Yıldırım daxili işlər naziri Afqan Alaya və Artvin valise Muhteren İnciya zəng vuraraq CHP lideri Kamal Kılıcdaroğlunun maşın karvanının silahlı basqına məruz qalması ilə bağlı məlumat alıb.
Qeyd edək ki, K.Kılıcdaroğlu bu gün Artvində silahlı basqına məruz qalıb.
Gununsesi.info