Türkiyəli müğənni Gülbən Ərgənin boşanmasına keçmiş həyat yoldaşı, “Anadolu atəşi” rəqs qrupunun rəhbəri Mustafa Ərdoğan münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, o, mətbuata açıqlamasında Gülbən Ərgənin xoşbəxt olmasını istədiyini deyib:
“Gülbən uşaqlarımın anasıdır. Qərarına hörmət edirəm. Xoşbəxt olmasını istəyirəm”.
O, jurnalistlərin “Gülbən xanımın sizinlə görüşdüyü üçün ərindən boşandığı deyilir, doğrudurmu” sualını isə “elə bir şey yoxdur”, – deyə, cavablandırıb.
Qeyd edək ki, Gülbən Ərgən ikinci həyat yoldaşı jurnalist Ərhan Çeliklə boşanmaq ərəfəsindədir.
Gununsesi.info