
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti genəl başqanı Binali Yıldırım, CHP genəl başqanı Kamal Kılıcdaroğlu və MHP genəl başkanı Dövlət Baxçalıya 7 avqustda Yenikapıda düzənlənəcək “Demokrasi və Şəhidlər Mitinqi”nə qatılaraq birgə iştirak və çıxış etmələri üçün dəvət göndərdi.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Türkiyə Cümhurbaşqanlığı baş katibi Fahri Kasırganın imzası ilə AK Parti baş katibi Abdulhamit Gül, CHP baş katibi Kamil Okyay Sındır ilə MHP baş katibi İsmet Büyükatamana, üç partiya başqanının 7 avqustda Yenikapıda keçiriləcək “Demokrasi və Şəhidlər Mitinqi”nə qatılaraq çıxış etmələri üçün dəvət məktubu göndərilib.
“Ölkəmizin bütün şəhərlərində, bütün meydanlarında davam etməkdə olan demokrasi növbələri 7 avqust 2016-cı il bazar günü İstanbul Yenikapı Meydanında saat 18.00-də keçirilək “Demokrasi və Şəhidlər Mitinqi” ilə taclandırılacaq”-deyə, dəvət məktubunda vurğulanır.
K. Həmzəoğlu
Gununsesi.info