Ərdoğan Liviyaya qoşun göndərməklə bağlı sənədi təsdiqlədi

  • By admin
  • 03 Yanvar 2020 21:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya qoşun göndərmək imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Gununsesi.org TASS agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanun layihəsini R. T. Ərdoğan dekabrın 2-də imzalayaraq təsdiqləyib.

Məlumata görə, ilk mərhələdə Liviyanın Milli Saziş Hökümətinin hərbçilərinə təlim keçmək üçün türk hərbçi mütəxəssisləri göndəriləcək. Daha sonra isə Türkiyənin yerli istehsalı olan silahların göndərilməsi nəzərdən keçiriləcək.

Qeyd edək ki, hazırda Liviyaya Faiz Saracın rəhbərlik etdiyi, paytaxt Tripolidə qərarlaşan və qanunu olaraq hökümət kimi tanınan Milli Saziş Höküməti və ölkənin bir çox hissəsinə nəzarət edən Xəlifə Xaftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu sahiblik edir.

 

Gununsesi.org