
Mən buna inanıram: polisimiz, əsgərimiz, kənd qoruyucularımız, bir sözlə millətimiz bu terroru bərabər bitirəcək.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə terrora qarşı mübarizədə tarixin ən çətin dönəmini yaşayır. Terror qruplaşmaları gözlərini qan və kin bürümüş şəkildə qarşılarına çıxan hər kəsi məhv etməyə cəhd edirlər. Mən inanıram ki, millətimiz terroru bitirəcək. Hər ulduz bir şəhiddir. Bayraqları bayraq edən üstündəki vətəndir. Torpaq uğrunda ölən varsa, vətəndir. 780 min kvadrat km-lik vətən. Cənub-şərqdə belə olacaq, orada elə olacaq deyənlər bədəlini ödəyəcək və ödəyir də”, – Ərdoğan bildirib.
Gununsesi.info