Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana bir günlük səfər edəcək və bu səfər zamanı tərəflər müxtəlif sahələrdə 16 əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, bu, ikitərəfli ticarət dövriyyəsini ildə 6 milyard dollara, gələcəkdə isə 10 milyard dollara çatdıracaq.
Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edir. Səfər zamanı Ərdoğanın Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla görüşü gözlənilir. Yüksək səviyyəli ikitərəfli strateji əməkdaşlıq şurasının iclası planlaşdırılır.
Tərəflərin ikitərəfli münasibətlərlə yanaşı, Türkiyənin Avropaya inteqrasiyası və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Gununsesi.info