Ərdoğan Makronla Liviya və Suriyada vəziyyəti müzakirə edib

  • By admin
  • 03 Yanvar 2020 20:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı E. Makronun təşəbbüsü əsasında baş tutub.

Tərəflər regionda baş verən prosesləri, o cümlədən Liviya və Suriyada vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

Gununsesi.org