Türkiyənin Milli Təhlükəsizlik Şurası bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanacaq.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıda Qəzzadakı vəziyyət qiymətləndiriləcək. Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə olunacaq. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı prosesə baxılacaq.
Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazdakı hadisələr də gündəmdə olacaq. Toplantıda Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndiriləcək.
İclasın gündəliyinə antiterror əməliyyatları da daxil ediləcək. Ölkə daxilində və sərhəddə qətiyyətlə həyata keçirilən terrorla mübarizə əməliyyatları hərtərəfli müzakirə olunacaq.
Gununsesi.info