Ərdoğan müsəlmanlara səsləndi: “Onların taleyi…”

  • By admin
  • 19 Dekabr 2019 11:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, T.Ərdoğan bildirib: “Müsəlman ölkələrinin taleyi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün qərarlarından asılı olmamalıdır”.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması müasir dünyanın ehtiyaclarından biridir.

Gununsesi.org