Ərdoğan müşavirini Krıma göndərdi

  • By admin
  • 23 Noyabr 2016 17:15
Erdogan sert danishdi
Ərdoğan öz yaxın qohumu və müşaviri olan Mehmet Mutlu başda olmaqla nümayəndə heyətini Krıma göndərib.
Türkiyə prezidenti in müşaviri Mehmet Mutlunun başçılığı ilə 30-a yaxın millət vəkili və türk iş adamı Krıma səfər edib.
Gununsesi.inforian.ru”-ya istinadən xəbər verir ki, bu barədə  Beynəlxalq Avrasiya Hərəkatının təmsilçisi Andrey Xarçenko deyib.
Türkiyə millət vəkili və iş adamlarından ibarət nümayəndə heyəti  noyabrın 25-dək Krımda olacaq və müxtəlif səviyyəli görüşlər keçirəcəklər.
Türkiyə nümayəndə heyəti Krımda Krım tataraları ilə görüşüb, onların vəziyyəti ilə tanış olacaq, həmçinin Krımın iş dünyası və rəhbərliklə də görüşəcəklər.
Görüşlərdə Türk iş adamlarının Krımda sərmayə qoyuluşu məsələsi də müzakirə predmeti olacaq.
Gununsesi.info