
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Nikol Paşinyanla telefonda danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan Prezident Ərdoğanın və türk xalqının Qurban Bayramını təbrik edib.
Ərdoğan isə bu bayramın bölgəyə və bütün insanlığa barışıq, hüzur və bərəkət gətirməzini arzulayıb.
Ərdoğan dialoq zamanı ikitərəfli əlaqələr, Türkiyə-Ermənistan arasındakı normallaşma hədəfləri ilə başladılan prosesdə bu günə qədər güvən artırıcı addımlar atıldığını söyləyib. Türkiyəli siyasətçi gələcək dönəmdə bu prosesin davam etməsinin gərəkli olduğunu bildirib.
Tərcümə: Arzu