“ABŞ prezidentinə səslənirəm. Vaxtı ilə bu zatı (söhbət ABŞ-da yaşayan Fətullah Güləndən gedir) deport edin və ya bizə verin, demişdim. Amma məni dilmədiniz. İndi buyurun, bu qiyam cəhdindən sonra təkrar səslənirəm, Pensilvaniyadakı bu zatı artıq Türkiyəyə təslim edin”.
Gununsesi.info “Haberturk.com”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakimiyyəti dəstəkləmə mitinqində çıxışında dilə gətirib.
O, deyib ki, əgər biz strateji müttəfiqiksə, o zaman ortağınızın-müttəfiqinizin bu tələbini yerinə yetirin.
“Siz bizdən hansı terrorçunu istədinizsə, onu da sizə təslim etdik, indi artıq terror və terrorçu siyahımızın içərisində yer alan bu zatı da bizə təslim edin”-deyə, o, daha sonra bildirib.
Gununsesi.info