Ərdoğanın oğluna cinayət işi açılıb

ABŞ və İsveç prokurorları Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu Bilal Erdoğana qarşı açılmış cinayət işini araşdırırlar.

Gununsesi.info bildirir ki, Reuters Xəbər Agentliyinin hazırladığı və Bilal Erdoğanın adının olduğu “xüsusi qovluq”da ona qarşı korrupsiya ittihamları var.

İttihamlarda qeyd olunur ki, İsveçin “Dignita Systems” şirkəti Bilal Erdoğan vasitəsilə Türkiyə bazarında yer qazanmağa çalışıb.

Hesabatda qeyd olunur ki, Dignita keçən il layihəni qəfil bitirib və nəticədə rüşvət verilməyib.
Araşdırmada deyilir ki, “Dignita avtomobilə yerləşdirilən və avtomatik işə düşən alkotesteri Türkiyə bazarına təqdim etməyi hədəfləyibmiş. Bunun üçün də Erdoğan administrasiyasından lobbi dəstəyi əldə etməyə cəhd göstərib.

“Reuters”in xəbərinə görə, “Bəzi kateqoriyalardakı avtomobillər və onların sürücüləri üçün alkotester və alovlanma kilidlərinin istifadəsini məcburi etmək istəyən şirkət bunun müqabilində 10 illik kommersiya eksklüzivlik müqaviləsi istəyib”.

Şirkətin Türkiyə bazarında monopoliya müqabilində Bilal Erdoğanın idarə heyətinin üzvü olduğu Tuğva Fonduna və İbn Haldun Universitetinə araçı şirkət vasitəsilə “on milyonlarla dollar lobbiçilik haqqı ödəməyi öhdəsinə götürdüyü” iddia edilir.
Bu iddialara cavab olaraq Türkiyə hökumətinin əlaqələndirmə (iletişim) naziri Fahrettin Altun sosial media hesabında ittihamları əsassız adlandırıb, bunu 171 illik media qurumunun özünü alçaltması kimi dəyərləndirib:

“Xəyali ssenarilərlə dolu, jurnalistikanın ən təməl etik prinsiplərinə məhəl qoymayaraq, prezidentimizin ailəsini hədəfə alan bu qavrayış əməliyyatının qarşıdan gələn NATO liderlərinin zirvə toplantısı öncəsi yayımlanması ciddi suallar yaradır.”

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info