Ərdoğan ötən əsrlərə qayıdır -ÖLÜM HÖKMÜNÜN BƏRPASINI DƏSTƏKLƏYƏCƏM

  • By admin
  • 29 Mart 2017 09:28
erdogan
Türkiyə parlamenti ölüm hökmü cəzasının bərpa edilməsi məsələsinə konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra baxacaq.
Gununsesi.info-nun  məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyədə ölüm hökmünün bərpa edilməsi məsələsi ölkədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.
“Ölüm hökmünün bərmasına dair müraciət parlamentə aprelin 16-dan sonra göndəriləcək. Müxəlifət partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Dövlət Bahçəli bu layihəni dəstəkləməyə söz veriblər. Əgər parlament qanun layihəsini qəbul etsə, mən bu qərarı dəstəkləyəcəm”, – Ərdoğan deyib.
Türkiyədə sonuncu ölüm hökmü 1984-cü ildə icra edilib. 2004-cü ilin may ayında Avropa İttifaqına daxil olmaq üçün ölkədə ölüm hökmü ləğv olunub.